Once Upon a Time … in Hollywood Filmi

Image result for once upon a time in hollywood

Bir Zamanlar Hollivudda …. Quentin Tarantino-nun ən yetkin filmi, ümumilikdə ən yaxşı filmlərindən biri

və 60-cı illərin Hollivuduna, həm mədəniyyət sahəsində həm də sosial həyatda olacaq nəhəng dəyişiklərin gəlməyə başladığı dövrə yazdığı “sevgi məktubu”. Ya da elə filmin rəsmi təqdimatlarında da adlandırıldığı kimi “Hollivudun qızıl dövrünün bitişinə həsr olunan nağılımsı və müasir bir ithaf”.


2016-cı ildə Coen qardaşları Hail, Caesar! adlı filmlərində klassik Hollivudu bolluca tənqid etmişdilər. Siyasi məsələlərin Hollivuda daxil olması, xəyanətlər, kommunist ovu, orientasiyasını gizləməyə məcbur olanlar, hansı janrda uğurlu filmlər ərsəyə gəldisə dalbadal o janrlarda (müzikl, tarixi-epik, western) çəkilən mənasız və indi çoxusu unudulmuş filmlər, yaradıcı azadlığın boğulması və daha bir çox məsələ. Söhbət Tarantino kimi birindən gedirsə, onun bu qədər sərt olacağını gözləmək əlbəttə ki, imkansızdır. Quentin, Hollivudu və onun mistikasını çox sevir amma bu dəfə həm də heyranlığını tənqid və parodiyaları ilə birlikdə uğurlu formada balanslaya bilib. 


Image result for once upon a time in hollywood

Film üç xətt üzrə gedir – ulduzu sönməyə başlayan kovboy filmləri ulduzu Rick Dalton (Leonardo DiCaprio), onun kaskadyoru və həm də yaxın dostu Cliff Booth (Brad Pitt), o cümlədən Rick-in yeni qonşusu Sharon Tate (Margot Robbie). Tarantino obrazları mükəmməl yaradıb. Dalton – eqoist, özünü həmişə zirvədə görmək istəyən, uğurlu rol əldə etməyəndə hərfi olaraq ağlayan və filmin ən yadda qalan səhnələrinin birində görüldüyü kimi heç öz sənətini balaca bir uşaq qədər yaxşı başa düşməyən və ya özünü buna həsr edə bilməyən biridir.


Image result for once upon a time in hollywood gif


Bu ab-havada Vyetnam müharibəsi və digər ABŞ-ın o zamanına aid problemlər arxa fonda yansıdılması maraqlıdır. Hərçənd ki, Tarantinonun məqsədi burada “Buna baxın. Dünyada nələr baş verir, o isə pulunun dərdini çəkir” demək istəyirmi? Bu sualın cavabı yoxdur çünki Quentin səthi obrazlar yaratmır, Rick-in bütün əyriliklərinə rəğmən film boyu tamaşaçı onunla empatiya qura bilir. Burada əlbəttəki Leonardo DiCaprio-nun da obrazı karikaturalaşdırmadan canlandırmasının da rolu var. Ümümən film aktyorun ən yaxşı rollarından biridir. Filmdə DiCaprio ilə Pitt-in birlikdə səhnələri yaxşı olsa da, Quentin hər iki obrazı tam reallaşdırmaq və belə desək “nəfəs almağa” kifayət qədər vaxt verir. Elə Cliff-in uzun maşın sürdüyü səhnələrdə həm dövrün Los Ancelesini göstərən mükəmməl set dizaynlarına şahid olarkən, Cliff-in özünün də profili yavaşça öz formasını tapır.

Image result for once upon a time in hollywood set design

Cliff – sadiq dostdur, işində müvəffəqiyyətlidir, amma eyni zamanda bəlkə də həyat yoldaşını öldürmüş bir qatildir. Eynilə Dalton kimi Cliff Booth da mürəkkəb obrazdır, nə standart müsbət, nə də standart mənfi baş obraz deyil. Həm də onun müsbət tərəflərinin yanında yoldaşını öldürmüş olması şübhəsini də qoymasıyla Quentin bəlkə də heyran olduğumuz adamların cinayət törətdikdə bizdə yaratdığı narahat hissə işıq tutmağa çalışır. Bəzən məşhurlar hansısa bir cinayət aktı ilə (məsələn son dövrlərdəki Weinstein skandalı sonrası ittihamlardan nümunə versək: cinsi istismar kimi) ittihamlar gəlir və insanlar həmin adamın sənətini sevirsə, həmin adama sanki pak müqəddəs biriymiş kimi davranaraq, bunun mümkün olmadığını, “şər-böhtan” olduğunu deyir. Hətta bəzi hallarda onlar öz film-serial zövqlərini, sevdikləri sənətkarın incitdiyi (ya da incitdiyi iddia edildiyi) insanlardan üstün tuturlar. Sevmədikləri sənətkardısa ümumən məsələ ilə maraqlanmırlar. Burada da arvadını öldürmüş birini “cool göstərmək” məqsədi güdülmür, əsasən müsbət kimi görünən bir adamın da qaranlıq tərəfi də olması ehtimalı ilə tamaşaçınınin hislərində əmin olmamasına çağırır. Brad Pitt də öz obrazına uyğun olaraq üstün iş çıxardır. Sadiq dost və kaskadyorun altında bəlkə də daha sərt, daha qaranlıq adamın olduğunu çatdıra bilir. Dalton karyerasını xilas etməyə çalışarkən, Cliff-in isə Charles Manson ailəsiylə tanış olmasının şahidi oluruq.


Image result for once upon a time in hollywood brad pitt


Manson filmdə az görünür. Tarantino, böyük bir Justified serialı heyranıdır. Daha əvvəlki filmlərində serialın ulduzlarından Walton Goggins-ə rol vermiş rejissor, bu dəfə serialın baş rol ifaçısı Timothy Olyphant-a, həm də serialdan bir digər aktyor Damon Harrimon-a rol verib ki, elə Manson-u da o canlandırır. Manson, bəzi populyar mədəniyyət nümunələrindəki “mifik” və xarizmatik təsvirinin əksinə, burada son dərəcə maraqsız və avara adam təəsüratı bağışlayır. Bir sözlə Manson mifini filmdə yıxır. Eləcə də onun tərəfdaşlarını da beyni yuyulmuş, başıboş və ya təhlükəli formada göstərir. Hətta onların təhlükəli olmasını kuliminasiyaya hələ çatmamış, Cliff-in Dakota Fanning-in obrazıyla yaşadığı dialoqda yaradılan gərginlikdə də görmək olur. Lakin Quentin hamını damğalamaq və şeytaniləşdirmək niyyəti də güdmür, sonda qətli törətmək əvəzinə qaçıb gedən Linda obrazı bu səbəbdən uğurludur. Elə yeri gəlmişkən onu Uma Thurman-ın (və Ethan Hawke-un) qızı Maya canlandırır. Filmdə Bruce Willis-in də qızının rol alması bir digər maraqlı detaldı. Necə deyərlər, həm Mia-nın qızı buradadır, həm də Butch-ın.




                            


Cliff-in, Bruce Lee ilə olan səhnəsində də bir növ mif dağıtma niyyəti olmuş ola bilər. Bruce Lee-nin ölümündən sonra onu ilahlaşdıran insanlar çoxdu, amma təəsüf ki, bu səhnəni – niyyəti nə olsa da qismən filmin uğursuz səhnəsi sayıram, çünki yumor filmin digər yumoristik anlarındakı qədər yaradıcı və maraqlı deyil. Eləcə də Bruce-un qızı Shannon Lee-nin filmi izləyərkən həmin səhnədən xoşunun gəlməməsi də anlaşılandır. Film boyu başqa real adam təsvirləri və bəzi filmlərə “reference”lər görsək də (xüsusən Great Escape-də Steve McQueen əvəzinə Rick Dalton-u görmək əla an idi), Quentin burada da necə deyərlər işin şitini çıxartmayıb və bir aləm real həyatdan olan obrazı yerli-yersiz göstərərək nostalgiya manipulyasiyası ilə əlavə bal əldə etməyə çalışmayıb. 

                 Image result for once upon a time in hollywood bruce lee gif
    
Nə isə, gələk Sharon Tate-ə. Tate-in ətrafında xüsusi bir obraz yaratmır, çünki əvvəla həssaslıqla yanaşıb təsvirə amma eyni zamanda Sharon filmdə dövrün gözəlliyini, dəbdəbəsini, Hollivudun özünə cəlb edən tərəflərini və həm də saf qalan tərəflərini təsvir etməyə xidmət edir. Tate-in burada aurası film üçün əhəmiyyətlidir, filmdə bir növ mələyimsi formada yer alır, rəqs edir, öz filminə baxıb camaatın filmi bəyəndiyini görərək sevinir, dostlarıyla xoş vaxt keçirir. Amma onu hədsiz mifikləşdirməyə də yer vermir.. Necə ki, bir səhnədə Sharon-un təkcə yatıb, xoruldamasını izləyirik. Aktyorluq cəhətdən çox xüsusi bir iş çıxartmalı olmasa da, Margot Robbie rolun yaratdığı atmosfer üçün ideal seçimdir. Quentinin yuxarıda qeyd etdiyim fanatizmini balanslama anlarından birini Sharon-un həyatının təsvirində görmək olar. Filmdə nə Roman Polanski-nin nə də James Stacy-nin gələcəkdə cinsi zorakılıq törədəcək insanlar olduqları deyilmir, Roman Polanski-ni yenə dahi rejissor olaraq göstərir (elədi ki, var) amma onu ilahlaşdırmır, sənət ilə sənətkarı ayırır və Sharon üçün ideal adam olmadığını da işarə verir. Ümumən özü western sevən və dövrün ənənələrini Kill Bill-dən tutmuş Hateful Eight-ə kimi bir sıra filmlərində canlandırmış biri kimi, həmin dövrdəki filmlərin də bir qismini parodiya edə bilməsi başqa müsbət detaldır.
Image result for once upon a time in hollywood sharon tate
Film boyu bir xeyli məşhuru qısa rolda görürük. Əlbəttə ki, Al Pacino, Kurt Russell, Timothy Olyphant və Love Witch-in ulduzu Samantha Robinson-u görəndə daha maraqlı obraz canlandırmalarını da istəyə bilərdik (Kurt-un filmi nəql etdiyini nəzərə alaraq onu istisna etmək olar) amma yenə də bu qədər simanı görmək xoşdu. Həm də hamı roluna çox yaxşı oturub. Nəticədə Olyphant, Justified-dan əvvəl XXI əsrin ən yaxşı western serialı sayılan Deadwood-un ulduzu idi. Western ulduzu roluna daha yaxşı kim uyğun gələr? Ən yaxşı ikinci plan obrazı böyük ehtimal Margaret Qualley-indir. Qualley, olduğu səhnələrdə filmə həm yumor, həm də xüsusi bir əlavə enerji qatır. Bruce Dern kameosu da eyni dərəcədə effektivdir.


Image result for once upon a time in hollywood al pacino

Tarantino-nun bir səhnəlik kameo yazma qabiliyyəti həmişə əla olub – məsələn Christopher Walken, həm True Romance-da, həm də Pulp Fiction-da cəmi bir səhnədə görünür amma ikisində də iz qoyub gedir. Məlumat kimi deyim ki, Bruce Dern-in bu filmdəki obrazını Burt Reynolds oynamalı idi amma aktyorun vəfatına görə onu Dern əvəz etdi (filmdə James Marsden də “gənc Burt Reynolds” rolunda idi, onun da səhnələri çıxarılıb). Film həm də bir dövrün sevilən TV ulduzu Luke Perry-nin də son filmidir. TV ulduzlarından danışmışkən, Tarantino və işlədiyi kastinq rəhbərləri xeyli gözü açıqdı – filmdə epizodik rollarda görünən bir qisim insan, film çıxana kimi başqa işlərlə tanınmağa başlayıb artıq. Məsələn, Sydney Sweeney hazırda Euphoria serialında parlayır, Victoria Pedretti isə Haunting of Hill House ilə məşhurlaşdı, Tex rolundakı Austin Butler da hazırda yeni filmdə Elvis Presleyrolunda oynamağa hazırlaşır. Elə Margaret Qualley-in özü də Fosse/Verdon serialındakı ifasıyla bu il Emmy mükafatı namizədləri arasındadır.

           

Tarantino, filmi Pulp Fiction-a ən yaxın işi adlandırmışdı və anlaşılandır. Burada da müxtəlif obrazlar və onların hekayələri bir-biri ilə sıx bağlı olduğu kimi hər şeyi mükəmməl tamamlayır və sonda da çox uğurlur bir kuliminasiya səhnəsinə aparır. Həmin kuliminasiya yəqin ki, filmdəki “ən klassik Tarantino” anı kimi dursa da belə deyil. Mən də daxil olmaqla bu səhnənin necə olacağına dair bir az narahatlıq var idi. Bura bir az spoylerli olacaq. Qorxum o idi ki, Sharon Tate özü Manson ilə qarşılassın və onu öldürsün, hər şey bir növ intiqam anına çevrilsin ya da nəsə bu tipli bir şey olsun amma dediyim kimi, bu Quentin-in ən yetkin filmidir və çox uğurlu bir finalla öz “nağılı”nı bitirir, Sharon Tate xatirəsinə (film sözsüz ki, ona gözəl bir ithafdır – nəzərə alanda ki, bu ilki “Haunting of Sharon Tate” adlı iyrənc film də daxil olmaqla tez-tez onun faciəsini sadəcə diqqət yığmaq üçün istifadə edirlər) hörmətini göstərir, həm də heyranlarına ondan gözlədiklərini verir. Ən mükəmməl tərəfi isə odur ki, Rick ya da Cliff burada qəhrəmana çevrilmirlər. Onlar yığışıb Manson ailəsini dağıtmaq məqsədi güdmürlər. Sadəcə vəziyyət belə gətirir ki, qatillər Sharon ilə yox onlarla üzləşməli olur. Yəni “maço oğlanlar” günün təsadüfi xilaskarıdır, qəhrəmanları deyil. Spoylerburada sonlanır.

Image result for once upon a time in hollywood charles manson


Film, yəqin ki Jackie Brown-dan bu yana Tarantino-nun ton cəhətdən müəyyən qədər seçilən yeganə filmidir. Ona görə də durmadan action, həyəcan və dayanmaz Quentinsayağı dialoq gözləyən kütlə məyus ola bilər. Amma film  – seçilən mövzusu və quruluşu, əla kostyum dizaynı, set dizaynı, Quentindən gözlənildiyi kimi uğurlu mahnı seçimləri, rejissorun artıq “trademark”ı olan ayaq fetişizmini də unutmadan, dövrün Hollivuduna (o cümlədən Sharon Tate xatirəsinə), dəyişən sosial mühitinə gözəl ithaf olmaqla birlikdə, rejissorun da öz tərzini də tam itirməyərək, hər dəfə özünü yeniliyə bildiyini və yenə güclü iş çıxara bildiyinin mükəmməl nümunəsidr. Hətta hazırda şəxsi fikrimcə ən yaxşı üç filmindən biri belə ola bilər.


Sonda isə yazını Quentin-in özünü filmi izləyənlərin filmdəki obrazları, atmosferi və mövzunun özünü daha da yaxşı anlaması üçün məsləhət gördüyü film siyahısı və bir neçə trivia ilə bitirirəm:


“Cactus Flower” (1969)
“Bob & Carol & Ted & Alice” (1969)
“Easy Rider” (1969) – filmdə niyə Dennis Hopper-in adının çəkilməsini tutmamısınızsa izləməyiniz məsləhətdir.
“Arizona Raiders” (1965) – filmin aktyorlarından Audie Murphy, DiCaprio-nun obrazından çox şey daşıyır.
“Getting Straight” (1970)
“The Wrecking Crew” (1968)
“Model Shop” (1969)
“Hammerhead” (1968)
“Gunman’s Walk” (1958)
“Battle of the Coral Sea” (1959)

Trivia-lar:

* Filmdə Margot Sharon Tate-ə məxsus olan ziynət əşyalarından istifadə edir. Bunları ona Tate-in bacısı Debra Tate veribmiş;

* Filmdəki Kadillak Michael Madsen-in öz maşınıdır. Həmin maşını Tarantino-nun 1992-ci il filmi Reservoir Dogs-da da izləmişik.

* Tate, El Cayote restoranında şənliyə daxil olduqdan sonra Jay Sebring ilə Beverly bulvarı yaxınlığındakı bir erotik kinoteatrdakı kino premyerası olacağından danışırlar. Sharon soruşur ki: “Elə kinoların da premyerası olur?” Həmin kinoteatr Eros teatrıdır. Teatr hal-hazırda New Beverly adı fəaliyyət göstərir və köhnə filmləri yayımlayır. Sahibi isə Quentin Tarantino-dur.

* Filmdə Tarantino filmlərində çox da rast gəlinməyən aktyor improvizasiyaları olmuşdu. Bunların çoxu DiCaprio ilə bağlı idi. Leo Dalton-un film çəkilişi səhnələrində çox çətinlik çəkirdi, çünki özü kimi yox Dalton kimi oynamalıydı. Replikasını unutduğu və özünə əsəbiləşdiyi səhnələrin bir qismi improvizasiya idi.

* Tarantino Sharen Tate obrazı barədə Roman Polanski ilə heç nə danışmır, bunu Kann-dakı mətbuatla görüşdə də deyir. Amma Tate-in bacısı Debra-dan çox kömək alır və filmin sonundakı kreditlərdə də ona təşəkkür edir. 
Quentin hətta ssenarinin ilk versiyasını Debra-ya göndərir, onun Santa Barbaradakı evinə gedir və birlikdə həftəsonu keçirib Tate obrazı barədə danışırlar.

* Tarantino bir müsahibəsində ssenarinin üstündə 5 il işlədiyini demişdi.

* Quentin Leo-Brad cütlüyünə Robert Redford və Paul Newman-dan bəri ən həyəcanverici ulduz cütlüyü deyir.

* Leonardo-nun 2015-ci ildə yayımlanan Revenant-dan bəri ilk filmi idi.

* Damon Herriman həmçinin bu gün 2-ci sezonu yayımlanacaq Netflix serialı Mindhunter-da da Charles Manson-u canlandırır.

* Tim Roth-un adını kreditlərdə görsək də əslində onun bütün səhnələri kəsilmişdi.

* Tarantino Al Pacino-nun obrazı Marvin Schwars-ı məhz onun üçün yazdığını demişdi.

* Film Kanndakı premyerada 7 dəqiqə ayaqüstə alqışlanmışdı.

* Filmin ilk montajdan sonra uzunluğu 4 saat 20 dəqiqə imiş.

* Leonardo DiCaprio və Al Pacino-nun birlikdə oynadığı ilk filmdir.

* İlk Tarantino filmidir ki, Michael Madsen-in obrazı sonda ölmür.

* Çəkilişlərə ümumilikdə 90 milyon dollar xərclənib.

* Tarantino-nun Death Proof (2007) və Hateful Eight (2015) filmlərindən sonra Kurt Russell-lə 3-cü filmi oldu. Əslində 4-cü ola bilərdi amma Django Unchained (2012) filmində Quentin nə qədər istəsə də Russell-in vaxtı düz gəlmədi.

* Tarantino Leonardo DiCaprio ilə birdən çox filmdə işləyən 3-cü rejissordur. Digər ikisi: Martin Scorsese və Baz Luhrmann.

* Ocean’s Thirteen (2017) filmindən bəri Brad Pitt-lə Al Pacino-nun birlikdə olduğu ilk film idi.

* Tate-ni kinoteatrda öz filminə getdiyi səhnələrdə həqiqətən The Wrecking Crew (1968) filmi göstərilirdi. Tarantino Margot ilə səhnələri yenidən çəkmək əvəzinə filmin özünü göstərməyi istəmişdi.

* Filmdəki “Bounty Law” serialı Steve McQueenin oynadığı “Wanted Dead or Alive” parodiyasıdır. Dalton-un Cliff Booth ile dostluqları isə aktyor Burt Reynolds ilə kaskadyoru Hal Needham arasındakı dostluqdan təsirlənib. Dalton-u yaradarkən bir çox simadan təsirlənilib – o cümlədən George Maharis, Edd Byrnes, Tab Hunter, Fabian kimi. Brad Pitt-in obrazı isə film obrazı Billy Jack-dən təsirlənib (həmin obrazı dörd fərqli filmdə Tom Laughlin canlandırır).

* Margot Robbie rola hazırlanmaq üçün Roman Polanski-nin yazdığı avtobioqrafiya kitabını oxuyub. 

* Margaret Qualley-in obrazının ləqəbi (Kitty) Kathryn Lutesinger-dən təsirlənilib amma özünün görünüşü və davranışları əsasən Ruth Ann Moorehouse təsirlidir. Hər iki adı çəkilən şəxs Manson ailəsinin üzvləridir.

* Dalton-un italyan yoldaşını oynayan aktrisa Lorenza Izzo, həyatda Eli Roth-un həyat yoldaşıdır (Roth-u da “Inglorious Basterds”-də izləmişdik). Obrazın təsvirində Sophia Loren, Claudia Cardinale kimi dövrün italyan ulduzlarının təsiri var.

* Filmdəki serial rejissoru Sam Wanamaker-i canlandıran aktyor 70-ci illərin “Amazing Spider Man” serialında Peter Parker-i oynayan Nicholas Hammond-dur.

* Cliff-in yoldaşının ölümü böyük ehtimal dövrün dəfələrlə Oscar namizədi olmuş rus-amerikalı ulduzu Natalie Wood-un ölümü və ölümündə bir müddət sonra yoldaşı Robert Wagner-in şübhəli bilinməsindən təsirlənib.

* Tarantino özü də filmdə var (sondakı reklamdakı rejissor). Həyat yoldaşı Daniella Pick də filmdə qısa roldadır.

* Film üçün uzun müddət Tom Cruise-un da adı hallanmışdı. Amma hansı rol üçün, həqiqətən təklif getmişdimi və s. bu barədə bir təsdiqlənmə olmadı.

Filmdə Marvin-in (Pacino) çox qısa olaraq görünən yoldaşını Brenda Vaccaro canlandırır. Vaccaro, Oscar namizədliyi (Midnight Cowboy), Qızıl Qlobus və Emmy qalibi aktrisadır. Lakin son dövrlər elə də çox filmlərdə görünmür.


* Filmin adının “bir zamanlar…” olması və son gecəni də Kurt Russell-in səsləndirməsi filmin Tarantino-nun dəyişiylə “nağıl tərəfi”ni yansıtmaq məqsədini də daşıyır. Nəticədə film tarixi faktları izləmir.


Müəllif: Mansour Zeynalov

Once Upon a Time in Hollywood (2019) Once Upon a Time in Hollywood PosterClick to View Extra Large Poster Image for Once Upon a Time in HollywoodThe Wrecking Crew (1968)

Bohemian Rhapsody: Reallıq vs Film

Rami Malek and Gwilym Lee in Bohemian Rhapsody (2018)
Bir neçə gün əvvəl çoxdandır gözlədiyimiz Bohemian Rhapsody
filmi premyerasını etdi və son zamanların müsbət və ya mənfi ən müxtəlif rəylərini toplayan filmlərindən oldu.
Film əsasən Queen qrupunun yüksəliş dövrünə, Live Aid konsertinə qədər olan hadisələrə və Freddie Mercury-nin problemlərinə fokuslanmışdı.
Bioqrafiya janrındakı film hər nə qədər dövrün hadisələrini bizə çatdırsa da reallıqlarla tutuşmayan məqamlar da az deyildi. Bu yazıda həmin məqamlardan danışacağıq. Yazını filmi izlədikdən sonra və ya izləməmişdən oxumağın məncə elə bir fərqi yoxdur.

Joseph Mazzello, Rami Malek, Gwilym Lee, and Ben Hardy in Bohemian Rhapsody (2018)

1. Filmdə qrupun adının hələ Smile olan vaxtlarında gecə klubundakı çıxışdan sonra Fərrux Bulsara-nın (Freddie Mercury) gitarist Brian May və baterist Roger Taylor-a yaxınlaşdığını və onların Bulsara-nın səsini bəyənərək qrupa aldığını izləyirik. Əslində Brian, Roger və Fərrux bir evdə qalırdılar və qrupda yaranan vokalist boşluğundan sonra Bulsara vokal üçün təbii seçim olur.

Mike Myers in Bohemian Rhapsody (2018)

2. Filmdə prodüser Ray Foster-i canlandıran Mike Myers o dövr üçün macərapərəst Bohemian Rhapsody mahnısını bəyənmir və “Bu mahnıya heç kim maşınında qulaq asmayacaq!” deyir. Maraqlıdır ki, 26 il əvvəlki Wayne’s World filmində Myers-in canlandırdığı Wayne Campbell maşınında Bohemian Rhapsody-ə qulaq asıb, oxuyurdu.


Aidan Gillen in Bohemian Rhapsody (2018)

3. Filmdə John Reid-in 1975-78-ci illərdə Queen-in prodüseri olduğunu, Paul Prenter-in hiyləgərliyindən sonra Freddie-nin onu maşından və işdən qovduğunu izləyirik. Əslində isə John qrupdan 80-ci illərin əvvəllərində olduqca dostanə şəkildə ayrılır və onun yerini Jim Beach qrupun yeni prodüseri olur.


4. Paul Prenter-i filmin mənfi qəhrəmanı, qrupla Freddie-nin arasını vuran obraz kimi izləyirik. Freddie-nin onu qovmasına səbəb isə Live Aid konserti barədə ona məlumat verməməsi idi. Əslində isə belə olmamışdı. Paul Freddie-nin evində parti təşkil etmişdi və evi təmizlətməmişdi. Freddie bu səbəbdən onu qovur. Prenter Freddie-dən 3 ay əvvəl – 1991-ci ilin avqustunda ölür.

Rami Malek and Lucy Boynton in Bohemian Rhapsody (2018)

5. Filmdə Freddie-nin sevdiyi qadın Mary Austin-i Lucy Boynton canlandırır. Freddie-nin Mary-ni ilk dəfə Queen ilə çıxış edərkən görüb tanış olduğunu izləsək də əslində Mary-nin əvvəlcə Brian May-lə münasibəti olub. Hətta Freddie Mary ilə sevgili olmazdan əvvəl Brian-dan bu barədə icazə də alıbmış.

Rami Malek in Bohemian Rhapsody (2018)

6. Filmdə izlədiyimiz qədərilə Freddie öz solo albomunu çıxarmaq üçün qrupdan uzaqlaşır və bir albom çıxardıqdan sonra qrupun yenidən yığılması digər üzvlərdən xahiş edir. Əslində isə bu tam belə olmamışdı. Qrup 1982-ci ildə Hot Space albomunu çıxardıqdan sonra fasilə vermək qərarı alır. Bu fasilənin əsas səbəblərindən biri Brian May və Roger Taylor-un öz solo proyektləri olması idi.

Aaron McCusker in Bohemian Rhapsody (2018)

7. Filmdə Jim Hutton-u Freddie-nin verdiyi partilərin birində ofisiant kimi tanıyırıq. Sonradan Freddie onu axtarır, tapır və beləcə münasibətləri başlayır. Əslində isə ilk dəfə Freddie onunla Londonda bir klubda tanış olur. Xeyli müddətdən sonra 2-ci dəfə təsadüfən klubda görüşürlər və münasibətləri başlayır. Jim Freddie-nin ən çətin vaxtlarında onunla olur və öləndə yanındakılardan biri idi. Hutton 2010-cu ildə vəfat edir.

Rami Malek and Gwilym Lee in Bohemian Rhapsody (2018)

8. Filmdə Freddie-nin QİÇS olmasını 1985-ci ildəki Live Aid konsertindən qısa müddət əvvəl öyrəndiyini izləyirik. Əslində isə diaqnoz 1987-ci ilin aprelində qoyulmuşdu.

Castle Rock [Serial Analizi V-VII hissələr]

Hulu istehsalı olan Castle Rock serialı haqqında qısa icmalı və əvvəlki epizodları buradan oxuya bilərsiniz. Sözü çox uzatmadan keçək digər epizodların icmalına (spoiler daxil olacaq).

Episode 5 – Harvest. Bu epizod Henry Deaver’in qulaqlarındakı səsə görə 2016-cı ildə həkimə gedib yoxlanış olması ilə başlayır. Lakin bu səs tibbi olaraq cavabsız qalır və nəticələrdə qeyri-adi heçnə çıxmır. Biraz geriyə getsək e03’də “Do you hear it” söhbətinin az-az mənasını anlamağa çalışırıq. Çünki bu səslər qəribə hadisələr baş verdiyi zaman eşidilir. Castle Rock isə tamamilə bir xaosun altındadır. Çəkimlər sayəsində Castle Rock’da yanğınların hökm sürdüyünü görürük. Bu “The Bible” kitabında 19:18-ci hissəyə işarədir. Həmin chapter’a görə:

“Now Mount Sinai was wrapped in smoke because the Lord had descended on it in fire.” (Sinai dağı tüstülər içindədir çünki Lord yanğınlar içərisində aşağı enmişdir)

 Bu hissə bizə The Kid haqqında kiçik bir işarə verir. Hansı ki, izləyici olaraq düşdüyümüz qarmaqarışıqlıqdan bizi çıxarır.

 Artıq The Kid həbsdən çıxarılmışdır. Lakin bu səhnələrin hamısında The Shawshank Redemption filminə bir xeyli işarələr olduğunu görə bilirik. Bu da təbii olaraq həmin filmi sevənlərə xoş təsir bağışlayır. Bundan sonra isə e01-ə flashback olur və qısa da olsa ağlımızda bəzi teoriyalar canlana bilir. Belə ki, əvvəlki epizodlardan da bildiyimiz üzrə The Kid ancaq çörək ilə qidalanır və bu epizoddakı flashback görə The Kid Tanrının insanlara göndərmiş olduğu bir işarə ola bilər.

“Man cannot live off bread alone” (İnsan təkcə çörəklə yaşa bilməz) Matthow 4:4

 Bu göndərmə ilə The Kid’in başqa canlı və yaxud yer üzünə göndərilmiş bir varlıq olduğunu anlayırıq. Həmçinin bu epizodda keçmiş həbsxana müdiri Lacy-nin əlcəklərini çıxararaq The Kid-ə toxunduğunu görürük. Bu isə artıq müdirin intiharının səbəbini ortaya çıxarır. Çünki bundan öncə e02-də skinheart və e04-də Zalewski-yə toxunuşların nə ilə nəticələndiyini görmüşdük. Həmçinin hər üç səhnədə toxunuşların The Kid tərəfindən deyil digər şəxslər tərəfindən həyata keçirildiyini görürük. Bu isə ağlımızda yer edən sualları puç etməyə kömək edə bilər.

 Daha sonra isə The Kid xəstəxanaya aparılır və ona Amnesia diaqnozu qoyulur. Bu isə digər sualın cavabıdır. Belə ki, Henry Deaver 1991-ci ildə itdikdən sonra ona olub-bitənləri 11 günlük xatırlaya bilməmişdi. Amnesia isə beyində baş verən zərbələr nəticəsində yaddaşın zədələnməsi və itirilməsinə işarə olan xəstəlikdir. Ruth ilə olan səhnələrdə isə dəhşətli şeylərin olacağını öyrənirik. Lakin bu səhnələr yeddinci epizodda açıqlanıb və bu hissədə Ruth ilə olan səhnələrin bir flashback olduğunu öyrənmiş oluruq. Növbəti səhnələrin birində Alan-ın mərasimə hazırlandığını görürük. Mərasim zamanı arxa planda qarşımıza iki yeni xarakter çıxır. Hansı ki, bu şəxslərin önəmini növbəti səhnədə anlamış olacayıq və bu şəxslər vasitəsilə Henry Deaver-ın qulağına gələn səslərin səbəbini öyrənmiş ola bilərik. Mərasim isə Ruth-un özünü çaya atması ilə məhv olur.

  The Kid-in qayğısına qalmağa çalışan Henry Deaver onu öz evinə gətirir və bu zaman The Kid-in piano çaldığını görürük. Bu melodiya isə “O God our help in ages past”-a işarədir. Bu zaman Alan The Kid-in evdə olduğunu öyrənir və bütün bu hadisələrin günahkarı kimi onu gördüyündən öldürmək qərarına gəlir. Bu səhnədə ssenaristlər yenə flashback edərək bizi 27 il öncəsinə aparır və bəlli olur ki, Alan 27 il əvvəl baqajda bir uşağı görmüş lakin ona qarşı edilən işgəncələrə göz yummuşdu. Bu uşağın isə kim olduğuna əmin deyiləm. The Kid ilə Alan-ın qarşılamasında ikisi də bu hadisəyə görə bir-birini tanıyır və The Kid Ruth-a kömək edə biləcəyini söyləyərək Alan-ı sakitləşdirir.

Episode 6 – Filter. “Do you hear it?” Əgər belədirsə hazır olun çünki Castle Rock-un bu hissəsi bir çoxunuza görə sıxıcı gəlsə də bu günə qədər qarşımıza çıxan ən açıqlayıcı epizod idi. Əvvəlki epizodda qarşımıza çıxan yeni xarakterlərdən biri Henry Deaver-ın atasının dostu Odin Branch-dır. Henry Deaver-ın eşitdiyi səslərin səbəbini öyrənməyə çalışdığımız yerdə qarşımıza The Kid ilə Alan çıxır və The Kid “vaxt onun (Ruth) düşmənidir” deyir. Çünki Ruth bildiyimiz kimi Alzheimer xəstəsidir və getdikcə hər şeyi unutmağa başlayır. Daha sonra isə üzləşdiyimiz şahmat səhnəsində isə ssenaristlər metafordan istifadə edərək hər birini ayrı-ayrılıqda qoyaraq şeytan (qırmızı) və mələk (ağ) anlayışını yansıtmağa çalışıb. Növbəti epizodlara fikir vermişdinizsə Henry Deaver və The Kid testdən keçərkən Henry-ni təmsil edən rəng “ağ”, The Kid-i təmsil edən rəng isə “qırmızı” idi. Daha sonra isə The Kid Ruth-un gözünə görünür və Ruth onu ölmüş yoldaşı kimi qələmə verir. Henry Deaver anası narahat olmasın deyə The Kid-i oradan uzaqlaşdırır və daha sonra isə görür ki, The Kid onun uşaqlığının VHS kasetlərinə baxır. Bu zaman balaca Henry-ni tarixin qeydə alınmış ən faciəvi vulkanik hadisəsi olana Krakatoa-dakı Evel Knievel-a istinad edir.

 Serialın bu hissəsində Molly Henry-yə onun atasını öldürdüyünü etiraf edir. Molly Henry-ə onun atasından zəhləsi getdiyini və o zaman hiss etdiyi hər şeyi eynilə onun da hiss etdiyini söyləyir. Henry isə onu dəli adlandıraraq oranı tərk edir. Lakin Henry bunları aydınlaşdırmaq üçün keçmiş qeydlərə baxaraq Castle Rock gölünə getmək qərarına gəlir. Yolda kameranın bateriyası bitdiyi üçün tək başına teoriyaları düşünməyə başlayan Henry bu zaman öncəki epizodda qarşımıza çıxan Odin ilə üzləşir. Bu xarakterin Odin (şimal xalqlarının Tanrısı) olması şimal xalqarının miflərinə göndərmədir. Bildiyiniz kimi Odin inandığı şeylərə görə özünü qurban vermişdir. Odin-in açıqlamalarına görə Henry-nin atasının evi yəni onun rahibi olduğu kilsə bu meşə idi və uzun zamandır üzərində çalışdığı iş üçün bura gəlirdi. Henry-nin qulağına gələn skisma olduğunu öyrənirik. Hansı ki, bu səsləri insanlar həyatlarında ya eşidə bilərlər, ya bir dəfə eşidə bilərlər ya da hər zaman qulaqlarına gələr bu səs. Bu söhbət zamanı öyrənirik ki, Reverend Matthew bu səsi bir dəfə eşidib və daha sonra eşitməyib buna görə hər dəfə Henry-ni bura gətirərək səsi eşidib-eşitmədiyini soruşurdu. Skisma “The Music of the Spheres”-a işarədir və bu yuxarından (günəşdən, aydan, başqa planetdən) gələn səslərin hərəkləridir. Bəlli olur ki, bu səslər üçün Matthew bir filter inşa etməyə çalışıb lakin bunu bacara bilməyib. O, istəyirdi ki, yaratmış olduğu filter ilə ətrafdakı hər şeyi səssizləşdirib bu səs vasitəsilə Tanrının səsini eşidə bilsin. Düşünürəm ki, Henry isə Odinin bioloji uşağıdır. Çünki Matthew bu səsləri eşitdiyi zaman bu qabiliyyətini itirib və yaxın dostu olan Odin-in uşağını övladlıq götürüb. Odin isə bu səsləri eşidə bilir və Matthew etməyə çalışdığı filteri inşa etməyi bacarmışdı. Odin bunu inşa etdikdən sonra özünü kar etdiyi üçün Henry Deaver-ı da bura gizlədərək onu səslərlə baş-başa qoyur.

 Episode 7 – The Queen. Serialın bəlkə də ən çox analiz tələb edən epizodu ola bilər şübhəsiz. Hələ epizod başlar-başlamaz qarşımıza Nativity heykəlləri ilə göndərmə edir. Bu bir insanın ölümdən sonra yenidən reinkarnasiya olması və yaxud həyat, doğum və ölüm arasında bir əlaqəni simvol edir. Daha sonra isə hamınıza məlum olduğu kimi işlədilən flashback ilə Ruth-un gediş-gəlişlərini görürük. İlk olaraq Puck-ın (Ruth-un iti) necə öldüyünü görürük. Puck ingilis miflərində mələyə bənzəyən iblisə verilən addır. Hansı ki, Ruth-un yoldaşı Matthew iti zəhərləməyə çalışırdı. Bu səhnələr arasında Ruth reallıq və keçmiş arasında səyahət içindədir. Bu günə qədər gördüyümüz bütün səhnələri bu epizodda Ruth-un gözü ilə görürük və bəzi məqamlar ortaya çıxır. Epizodun adı olan The Queen Ruth-u vəzir isə Alan-ı təmsil edir. Bu isə bizə keçmişdə Alan ilə Ruth arasındakı sevgi münasibətlərindən xəbər verir. Bu münasibətlərdən xəbəri olan Matthew Ruth-a qəzəblidir və növbəti epizodlarda gənc Henry Deaver, Matthew, Ruth və Alan arasındakı münasibətlərə aydınlıq gəlir.

 Bir səhnədə meşəyə gedən cütlükdə Matthew Saul ilə Paul arasındakı mifi işarət edir. Bu mifə görə inancsız Saul Tanrının səsinə qulaq asar və İsa Mesih-in ən sadiq köməkçilərindən biri halına gələr. Bu səhnədən çıxarkən digər səhnəyə keçirik və Ruth bu dəfə Wandell ilə söhbət edir. Wandell Ruth-a video oyunda Time Walkers haqqında danışır. Time Walkers isə ölüləri dəvamlı olaraq öldürən varlıqlardır. Ölülər ən yaxın insanların belə libasını geyinə bilər və ölümsüzlüyə qovuşarlar. Bu 2-ci epizoddakı “Corinthians 15:51-54”-ə göndərmədir. Bu zaman ortaya güclü bir teoriya çıxır. Buna görə ki, skismaya inanan Matthew The Kid-ə çevrilmişdir və skismaya görə toxunuşlarla insanlara istədiyi şeyləri etdirə bilər bu isə intihar edən həbsxana müdürünə də işarədir. Daha sonra Ruth-un 6-cı epizodda evə gələn The Kid-i onun perspektivi ilə görürük bu isə bizə teoriyanın doğruluq payını daha da gücləndirmiş olur. Növbəti səhnələrdə The Kid ilə Ruth arasındakı münasibətləri görürük bu zaman isə arxada teoriyanı gücləndirmək üçün mahnının çalındığını eşidiirk. Mahnıya görə:

Some people never die, (Bəzi insanlar heç zaman ölmür)
Time, Where did you go? (Zaman, hara getdin?)
  Ruth-un The Kid-i öldürmək üçün silahın mərmilərini axtardığı zaman onun doğum tarixinin 1940 olduğunu öyrənirik. Hansı ki, Henry Deaver itdiyi zaman Ruth-un 51 yaşı var idi və Ruth o gündən sonra yaşlanmayıb və eyni qalmışdı. Bu isə Ruth-un nə kimi gücə sahib olduğunu mən də müəmma olaraq saxladı (Əgər hər hansı bir fikriniz olsa bölüşsəniz sevinərəm). Bu zaman dilimləri ilə səyahət edən Ruth sonunda mərmiləri hara qoyduğunu xatırlayır və onları götürərək The Kid-i gözlədiyi bir an istəmədən ora gələn Alan-ı öldürür. Sizi səhnənin finalı ilə tərk edirəm.

Castle Rock – Serial Analizi (I-IV hissələr)

Yazar: Nicat Hacıyev


Castle Rock – Serial Analizi (I-IV hissələr)

  The Handmaid’s Tale serialı ilə
adından bir xeyli söz etdirən hulu, bu dəfə Castle Rock təqdimatı ilə hər kəsi həyəcanlandırmağı bacarmışdı. Çünki serialın yaradıcıları Lost serialından tanıdığımız J.J. Abrams və psixoloji-qorxu janrı deyildikdə ağla gələn ilk isimlərdən olan Stephan King’dir. Serial Stephan King’in “Cujo”, “The Dark Half” və “Needful Things” adlı kitabları eləcə də digər qısa hekayələri əsasında ssenariləşdirilmişdir. Lakin bu ikilinin ortaq olaraq mənfi cəhətləri uğursuz sonluqlar çəkmələridir. Hulu telekanalı və ssenaristlərin verdiyi məlumata əsasən Castle Rock hər mövsüm fərqli hekayələrdən bəhs edəcək. Lakin ilk mövsüm bir çox sualı gerisində buraxaraq finala çıxdı və buna görə də serial bir çox izləyicidən mənfi rəy almışdır.

  Moonlight filmindən tanıdığımız André Holland (Henry Deaver), IT filmindən tanıdığımız Bill Skarsgård və 6 Oskar nominasiyalı Sissy Spacek (Ruth) yer aldığı serial Castle Rock adlı qəsəbədə keçən qəribə hadisələrdən danışılır. Serialın qısa icmalı kimi onu qeyd edə bilərəm ki, Henry 1991-ci ildə itkin düşür və 11 gün sonra tapılır. Tapıldıqdan sonra həmin 11 gün haqqında heçnə xatırlamayan Henry, özü ilə bərabər qəsəbəyə başqa bir şəxsidə gətirir. Yerli sakinlər həmin şəxsi şeytan kimi qələmə verir və gizli bir zindanda həbs edirlər. Bu məlumat bir çoxundan gizli saxlansa da, şeytan, həbsxana müdirin intiharından sonra ortaya çıxır.

   Episode 1 – Severance. (spoiler daxildir) İlk hissə Alan adlı polis şerifinin Henry-ni tapması ilə başlayır. Bu səhnədə arxa planda qəribə musiqi çalınır. Bu musiqi Lost serialına göndərmədir. Belə ki, hər iki musiqi eyni oxşar səhnələr üçün istifadə edilmişdir. Bununla birlikdə yaradıcılardan biri olan J.J. Abrams özünü izləyicilərə təqdim edir.  Daha sonra isə Shawshank həbsxana müdiri, gerisində bir çox sual buraxaraq intihar edir. Müdirin yerinə gələn yeni şəxs isə bu hadisənin böyüdülməməsi tərəfdarıdır. Hətta səhnələrin birində “bu ofisdə bir çox müdir özünü intihar etmişdir” deyilir. Bu replika Stephan King’in hekayələrindən adaptasiya edilmiş məşhur kinolardan olan The Shawshank Redemption göndərmədir. Belə ki, həmin filmdə həbsxana müdürü uğursuzluğa düçar olmuş və intihar etmişdir. Növbəti səhnədə isə qarşımıza həbsxanadakı iyrəncliklərdən bezara gəlmiş və burdan qurtulmaq üçün bir yol axtaran Zalewski çıxır. Yeni müdirə F blokunun 1987-ci ildən bəri bağlı olduğunu və ora baş çəkməyi təklif edir. Zalewski F blokuna enərkən “The Kid” (serialda obraz belə verilib) ilə tanış olur və vahiməyə düşərək bunu yeni müdirə məruzə edir. Hər kəs bu şəxsin kimliyini araşdırmaya başlayarkən qarşımıza advokat Henry Deaver çıxır. Məhkəmə salonunda Richard Chambers-ın ölümü ilə günahlandırılan Ann Lee’nin ölüm qərarını müdafiə edən Henry Deaver’ın istifadə etdiyi replikaları diqqətlə dinləmək lazımdır. Çünki bu müdafiə serialın növbəti epizodlarında bəzi şeyləri anlamağımız üçün referans kimi istifadə ediləcək. Həmçinin nəzərinizə çatdırmaq istəyirəm ki, Richard Chambers obrazı Stephan King-in digər romanı “Stand by Me”-yə göndərmədir. Davanı uduzan Henry istirahətə çəkilmişdir. Bu zaman Zalewski Henry-yə zəng edərək onu Castle Rock-a dəvət edir. Zəng zamanı arxada görünən balta isə Stephan King-in digər romanı olan “The Shining”-ə göndərmədir.

   Henry Deaver qəsəbəyə çatmışdır və bu zaman qarşımıza hekayənin sirrli obrazlarından olan Molly çıxır. Molly Deaver’a uşaqlıqdan aşiq olmuşdur lakin onu görər-görməz gizlənməyi seçir (bu hissə e03‘də aydınlaşacaq). Advokat qəsəbəyə gələr-gəlməz ilk olaraq atasının məzarlığını ziyarət etsə də məzarlığın yerində olmadığını görür. Daha sonra anasını görməyə gedən Henry’nin anası Ruth isə alzheimer xəstəsidir. Bir neçə flashback’in yer aldığı bu səhnələrdə Ruth’un polis şerifi Alan ilə birlikdə yaşadığını öyrənirik. Epizodun sonlarında isə The Kid obrazının qeyri-adi güclərə sahib olduğunu və insanların şüuraltına daxil olaraq istədiklərini etdirə bildiyini görürük.

Episode 2 – Habeas CorpusBu hissədə keçmiş həbsxana müdiri Lacy-nin ağzı ilə Castle Rock’un qısa hikayəsi ilə tanış oluruq. Hekayə zamanı amerikan futbolu oynayarkən Lacy-nin qardaşının intihar etdiyini də öyrənirik. Hansı ki, Lacy bu hadisədən 57 il sonra özü də intihar edir. Bu səhnələr yenə “Stand by Me” kitabına və yaxud filminə göndərmədir. Henry Deaver bu epizodda ilk iş kimi Lacy-nin yoldaşını görməyə gedir. Bu zaman bəzi şeylərə baxmağa çalışan Henry bir neçə qəzet və təqvimlərlə qarşılaşır. Təqvimlərin hamısında Act 1633 qeyd olunmuşdur. Bu “The Bible”-in 16:33-nə işarədir. Bu hissəyə görə “gözətçi gecənin bir zamanı onların hamısına baxdı və buna görə də xəstəxanadakı bütün hər kəsin günahı çıxarıldı.” 1991-ci ildə kilsənin baş rahibi Reverend Deaver-ın ölümündə şübhəli bilinən uşaq haqqında məlumat tapdığı an müdirin yoldaşı qəzəblənərək onu evdən qovur. Henry isə evdən çıxarkən Lacy-nin zirzəmisinin bağlı olduğunu görür (bu səhnə növbəti epizodlarda açıqlanacaq).  

   Daha sonra kilsəyə gələn Deaver burada Jackie Torrance ilə tanış olur. Hansı ki, bu xarakter serialın final hissəsində də yer almış və müəmma olaraq qalmışdır. Lakin mənə görə yaradıcılar burada “The Shinning” filminə göndərmə etmişdilər və serialın növbəti hissəsində bu kino haqqında danışılacağını düşünürəm. Həmçinin Jackie Torrance “The Shinning” filminin baş obrazı Jack Torrance-a işarədir. Digər səhnədə isə Alan-ın həbsxana müdiri ilə söhbətini görürük. Burada məlum olur ki, Alan The Kid-i tanıyır və onu yeni müdirə şeytan kimi qələmə verir.

  Serialın sirrli obrazlarından olan Molly’nin evi Henry ilə üzbəüzdür və onların uşaqlıqda bir-birilərinə qarşı hisslərinin olduğunu görürük. Lakin bundan savayı Molly-nin bəzi gücləri var, hansı ki, qarşısındakı insanların ağrılarını hiss edə bilir. Molly Stephen Kingin yaratmış olduğu digər məşhur obrazlardan John Coffey-i xatırladır. Bildiyiniz kimi John Coffey “The Green Mile” filmində ona yaxşı davranan həbsxana işçilərinin ağrılarını hiss edərək onlara kömək etməyə çalışırdı. Henry həbsxana müdiri tərəfindən gizlədilən The Kid-i görə bilmədiyi üçün içəri girmək üçün yollar axtarır. Bu zaman Zalewski ona kömək edir və bəzi məlumatlar verir. Bu səhnələrdə isə epizodun adı “Habeas Corpus”-un amerikan ədalət təməllərinə göndərmə olduğunu görürük. Görüşdən sonra evə gedən Henry Alan ilə qarşılaşır və Alan Ruth-un xahişi ilə itin məzarlığını açdığını görürük. Bu səhnə də hadisələri tam anlamamış olsaq da Ruth-un “time traveller” olduğundan şübhələnirik. Epizodun son hissəsində isə Alanın intihar etmiş həbsxana müdirin məktubunu yandırdığını görürük. Səhnə Alan ilə Lacy arasında nə kimi münasibətin olduğunu bizə açıqlamadan sonlanır.


   Episode 3 – Local Color. Serialın bu hissəsi 1991-ci ildəki hadisələrlə başlayır. Bu zaman Molly Henry’nin ağrılarını hiss edir və ögey atası olan Reverend’ı cəzalandırmaq üçün onların evinə gedir. Girişdə kameraların ön plana çıxardığı qırmızı jaketi geyinən Molly otağa doğru irəliləyir. Qırmızı jaket Stephan King’in “The Dark Tower” romanına işarədir və burada qırmızı jaket “Todash Space”-i təmsil edirdi. Bu teoriyaya görə Molly düşüncəsiz qorxunc varlıqları təmsil edən insanlaradan biridir. Bunların yaradıcılarından biri isə Cthon’dur. Henry Deaver’ın atasına qarşı olan nifrət hissləri Molly’ə keçdiyi üçün Reverend’ı öldürür. Bundan sonra Molly’nin qarabasmalarına çevrilən Reverend tez-tez onun qarşısına çıxır. Qarabasmaların birində kilsədə Molly bir çox Reverend ilə üzləşir və rahib Reverend bu zaman açıqlama verərək “Corinthians 15:51-54”-dən göndərmələr edir.

“51 Behold, I shew you a mystery; We shall not all sleep, but we shall all be changed, (Sənə sirr verəcəm, Biz yatmayacayıq, amma hamımız dəyişəcəyik)
52 In a moment, in the twinkling of an eye, at the last trump: for the trumpet shall sound, and the dead shall be raised incorruptible, and we shall be changed. (Bir anda, bir göz qırpımında, bir trompet səslənəcək, və ölülər çürüməmiş halda ayağa qalxacaq, və dəyişəcəyik)
53 For this corruptible must put on incorruption, and this mortal must put on immortality. (Bu əxlaqsızlıq(çürümüşlük) üçün dürüstlük qoyulmalıdır, və  fanilik ölümsüzləşməlidir)
54 So when this corruptible shall have put on incorruption, and this mortal shall have put on immortality, then shall be brought to pass the saying that is written, Death is swallowed up in victory (bunlar nə zaman ediləcək, onda Ölüm zəfər qazanacaq).”


  
  Henry Deaver barda oturarkən Molly’nin ev satışları ilə məşğul olduğunu öyrənərək onu ziyarət edir. Bu zaman Molly’nin həddindən artıq narahat olduğunu görən Henry ona kömək təklif etsə də Molly bunu qəbul etmir. Həmçinin əvvəlki epizodda qarşımıza çıxan Jackie obrazının Molly’nin köməkçisi olduğunu öyrənirik. Molly bir kanal çəkilişləri üçün Castle Rock qəsəbəsini təqdim etməyə hazırlanır. Lakin həddindən artıq stress və narahatçılıq keçirən Molly düşdüyü vəziyyətdən çıxmaq üçün həb alır. Lakin həblərinin yoxa çıxdığını görən Molly onları almağa gedərkən polis tərəfindən həbs edilir. Digər yandan isə Henry müəmmalı olan The Kid’in advokatı olmaq üçün dəlil axtarmağa çalışır. Buna görə polis departamentinə gedərək intihar edən Lacy haqqında məlumat əldə etmək istərkən Molly’nin burda olduğunu öyrəndiyi üçün Henry ona kömək edir. Molly’nin TV veriliş üçün müsahibə verməli olduğunu öyrənən Henry ona kömək edir. Molly isə canlı veriliş zamanı Henry’nin narahatçılığına bələd olaraq Shawshank həbsxanasında olub-bitənləri hər kəsə çatdırır. Bundan sonra həbsxana müdiri Henry‘yə zəng edərək görüş tələb edir. Nəhayət ki, The Kid ilə Henry görüşə bilir və The Kid söhbətin sonunda Henry’yə “Do you hear it?” deyir. Bunu ilk başlarda anlamasaq da ssenaristlər bir neçə flashback ilə hadisələri bizə izah edir. Belə ki, Henry uşaq olarkən atası onu tez-tez meşəyə apararaq burada bəzi səslərin olduğunu və bu səslər sayəsində açılmış gizli keçid ilə paralel kainatlara keçə biləcəklərinə inanır (bu hadisə növbəti epizodlarda daha geniş izah edilir). Əsas sual isə ortaya çıxmış The Kid obrazının yaxşı yoxsa pis olmasıdır. Həbsxana tərəfindən başqa bir qatilin yanına qoyulan The Kid çox sakit biridir. Buna görə də digər məhbus tərəfindən təcavüzə uğramaq üzrəykən ona – “mənə toxunmaq istəməzsən” deyir. Daha sonra isə həmin məhbusun bütün bədəninin xərçəng xəstəliyinə tutulduğu üçün çökdüyünü görürük.

 Episode 4 – The Box. Sualların getdikcə artdığı və ortaya çıxan nüansların diqqət tələb edildiyi, Stephan King kitabları ilə tanış olmayanların çətinlik çəkdiyi və nəticə etibarı ilə serialın axıcılığını itirdiyi bir anda qarşımıza daha da çox sirrli nüanslar çıxsa da bəzi məqamlar məlum olur. Başlanğıc səhnədə həbsxanada vəzifəli şəxsin (Reeves) The Kid’i hədələdiyini və onun gərçək adını öyrənməyə çalışdığını görürük. Bu zaman The Kid “book of Revelation”-dan istinad edilir. 

“He has a name written on him which no one knows except himself; he is clothed in a robe dipped in blood, and his name is called the word of God…” (Ona yazılmış bir ad var, özündən başqa heç kəs bilmir; qanına batırılmış bir paltarın içindədir və adı Tanrın sözü olaraq adlandırılır)

  Bu istinadın Antichrist kitabına göndərmə daşıdığını düşünürəm. Lakin bu barədə açıqcası bir məlumatım olmadığı üçün qeyd etmək istəmirəm. Daha sonra isə Alan evə gedərkən kameralar TV-də gedən bir epizodu diqqət mərkəzinə cəmləşdirməyə çalışır. Bu “The Twilight Zone” serialına bir göndərmədir. Belə ki, həmin epizodda söhbəti gedən şeytanın Castle Rock’da The Kid obrazı olduğunu göstərməyə çalışaraq bizi daha da çıxılmaz vəziyyətə salır. Daha sonra Alan Ruth’u Texas’a aparmaq istəsə də Ruth buna əngəl olur. Burda isə şimal miflərinə istinad edilir və Vikings serialından da bildiyimiz kimi müharibə zamanı ölən qəhrəmanlar həyatdan sonra Valhala’ya (şimal xalqlarının cənnəti) gedir. Ruth’un buna inandığını və bu istinadın doğruluq payını digər səhnələrdə Henry Deaver’ın arxasında asılmış “İceland” afişi ilə görmək olur.

 Növbəti səhnələrdə Henry’nin Castle Rock haqqında qazetlər oxuduğunu görürük. Bu zaman bəzi məqamlar ortaya çıxır. Belə ki, 1987-ci ildə Shawshank-də Christmas zamanı yanğın çıxır və F bloku həmin gündən sonra tamamilə bağlanır. Hansı ki, The Kid həmin blokda ortaya çıxmışdı. Bu məncə bir çox teoriya üçün diqqət çəkən məqamlardan biridir. Daha geniş açıqlamasını serialın son səhnəsində görəcəyik. Digər tərəfdən həbsxana blokunun F adlandırılma səbəbidir. Bu F King romanlarında The Shawshank Redemption Frank Darabont və yaxud The Dead Zone ilə Frank Dodd-a işarə ola bilər. Bundan savayı qəzetlərin içində yenə Stand by me göndərmələr olduğunu və o zamanın qatili haqqında bəzi nüanslar verildiyini görürük.

 Digər səhnələrdə isə Molly Lacy-nin evini satmağa çalışır. Daha sonra isə ortaya “Henry did it” yazısı çıxır. Bu səhnə Henry’nin səyahət etdiyi teoriyaları ortaya çıxarır və Henry atası ilə birlikdə hər gecə meşəyə gələrək səsi eşidib-eşitmədiklərini öyrənməyə çalışırlar. O zaman Henry’nin atası Reverend bu səyahəti bacarmayıb ağır şəkildə yaralanır lakin Henry bunu bacarır və ona görə 11 gün yoxa çıxırr. Bu teoriyalar isə növbəti epizodda öz aktuallığını itirir (Bu teoriya serialın son səhnəsində ssenaristlər tərəfindən ortadan qaldırılıb).

 Hekayənin ən can alıcı personajlarından olan Zalewski ilə The Kid arasında bir təmasın olduğunu görürük. Hansı ki, bu təmas çox önəmlidir. Çünki bundan sonra Zalewski özünü yaxşı hiss edərək geriyə qayıdır və bir neçə saatlıq olsa da həbsxananın iyrəncliyinə fikir vermədən gülümsəyərək özündə xoşbəxtlik tapır. Lakin daha sonra Henry Deaver ona zəng edərək planlarının dəyişdiyini və Castle Rock qəsəbəsini tərk edəcəyini söyləyir. Buna görə də həbsxananın verdiyi təklifi qəbul edəcəyini deyir. Zalewski bütün bu iyrəncliklərə dözə bilmir və silahını alaraq qətliam törədir. Lakin bu səhnələrə diqqət edilməlidir. Çünki əgər yadınızda qalıbsa e01-də Zalewski The Kid-in qətliam törətdiyini görür. Lakin daha sonra bunun bir qarabasma (daha doğrusu Zalewski-nin xəyalı) olduğunu anlayır. E01-də təkrarlanan bu hadisələr eyni çəkimlərlə e04-də Zalewski tərəfindən təkrarlanır.  Serialın bu hissəsində çalan musiqi e01-də Alan’ın Henry’ni taparkən çaldığı musiqi ilə oxşarlıq təşkil etdiyini görürük. Serialın düşən axıcılıq bu epizodla yuxarı qalxır və bir çox suallar içərisində epizod bitir.

Yeni Tedris Ilinden Evvel Izlenmeli 23 Film


Qarşıdan 15 Sentyabr gəlir

və yeni təhsil ili başlayır. Məktəb və universitet həyatı da tez-tez rejissorların marağında olub. Bizdə bu mövzüya toxunaraq təhsil ili başlamamışdan əvvəl (ya da ürəyiniz istəyir, sonra) izləməyiniz uyğun olan 23 film bölüşürük.





23. Detachment




Adrien Brody-nin son dövrlərdə ən çox diqqətə gəlmiş rollarından biri.

22. Fast Times at Ridgemont High


Adətən rejissorlar gənclik həyatına, istər universitet, istərsə də məktəb dövründəki daha şən hadisələrə əhəmiyyət verirlər. Bunun nəticəsidir ki, bu mövzüda çəkilmiş komediyalar çoxdur. Elə Sean Penn-in ən məşhur rollarından olan, Jennifer JasonLeigh-i də kinoya gətirən bu Amy Heckerling klassikası da bu janrdadır.

21. Clueless


Amy Heckerling demişkən – bu yaxınlarda Alicia Silverstone-dan bəhs edilərkən bir saytda “90-cı illərin Emma Stone-u” ifadəsinə yer verilmişdi. Silverstone karyerasındakı uğurları daha sonralar davam etdirə bilməsə də (Hərçənd bu il Yorgos Lanthimosun çox gözlənilən yeni filmi “Killing of a Sacred Deer”də qarşımıza çıxacaq) “Clueless”-dakı ifası o qədər populyarlaşmışdı ki, indi də elə bu bir rol onun tamaşaçılar arasında tanınmışlığını qorumasına səbəbiyyət verir. Clueless həmçinin ABŞ populyar mədəniyyətində tez-tez “90-cı illərin simvolu”na çevrilmiş filmlərdən biri hesab edilir.

20. Easy A


Emma Stone-un adını çəkdik, elə onu da məşhurluğa yüksəldən, gənclər arasındakı ikiüzlülüyə işıq tutan bu filmi də qeyd etməmək olmazdı.



19. 10 Things I Hate About You


Mərhum Heath Ledger-i məşhurlaşmasında əsas səbəblərdən biri olan “10 Things I Hate About You”, William Shakespeare’in “İnadkarın Ram Edilməsi” əsərinin müasir dövr adaptasiyasıdır. 

18. Starter for Ten


Harasa daxil olanda ilk il hamı üçün çətin olur. Təəcüblə, gözlənilməz hadisələrlə, bəzi xoş və ya xoş olmayan anlarla. Elə filmdə də James McAvoy-un obrazının universitetə daxil olmasıyla başlayan ilk təhsil ilini izləyirik.

17. Sixteen Candles


John Hughes gənclik filmlərinin atası sayılır. Onun filmləri gənclərə “uşaq” kimi yox, “yetkinləşməkdə olan insanlar” kimi davranmasıyla hər zaman seçilib. Sixteen Candles da bu janrdakı ilk və ən əsas uğurlarından biridir.

16. Edge of Seventeen


John Hughes demişkən onun filmi deyil, təəsüf ki Hughes ümümən həyatda deyil amma izi çox filmdə yaşayır. Elə “Edge of Seventeen” filmi də səmimi tonu, inandırıcı baş rol obrazı, Hailee Steinfeldin qüsürsüz oyunu ilə gənc olmağın nə qədər qarmaqarışıq, nə qədər çətin ola biləcəyini bizə xatırladan müvəfəqiyyətli filmdir.

15. Half Nelson


Ryan Gosling-ə ilk Oscar namizədliyini gətirən filmi çox iddialı saymaq olmaz amma buna baxmayaraq yaşından daha yetkin olan tələbə ilə heç cürə ağlındakı fikirləri yığıb özünü ciddi bir yetkin insan kimi apara bilməyən müəllimin bir-birilərinin həyatına təsirini göstərən uğurlu bir filmdir.

14. Heathers


Hamının oxuduğu yerdə qıcıq olduğu, görmək istəmədiyi adamlar olur. Filmdəki obrazlar isə bu işi bir addım daha iləri götürərək – onları öldürmək qərarına gəlirlər.

13. Mean Girls


Elə yuxarıdakı “Heathers” filminin belə desək qansız versiyası. ABŞ-ın öndə gələn komediya simalarından Tina Feyin özünə məxsus yumoru ilə yazdığı film, müasir dövrün ən populyar gənclik filmlərindən olmaqla yanaşı Lindsay Lohan (hərçənd sonra davamını gətirə bilmədi), Rachel McAdams, Lizzy Caplan və Amanda Seyfried kimi dövrün gənc aktrisalarının da populyarlaşmasında əhəmiyyətli rol oynamışdı. 

12. Ferris Bueller’s Day Off


Dərslər hamını bezdirə bilir və hər tələbə və ya şagird heç olmasa bir gününü dərsə getmək əvəzinə, dərsdən qaçıb əyləncə axtarmaq ehtiyacında hiss edib özünü. Elə Ferris də belə düşünür, “bu gözəl havada dərs olar?” deyir. Düzdür, həmin günü imtahanı var – Avropada sosializm tarixindən amma “nəyimə lazımdır? Mən axı Avropada yaşamıram” deyərək Çikaqoda sevgilisi və dostu ilə birlikdə bir günlük unudulmaz bir macəraya başlayır.

11. Dazed and Confused


Filmin tam olaraq bir mövzüsü yoxdur, sadəcə bir birindən müxtəlif tələbələr və onların gündəlik həyatı. Richard Linklater klassikasını Quentin Tarantino bir dəfə 90-cı illərdə çəkilmiş filmlər arasında özünün ən sevdiyi iş hesab etdiyini demişdi. Bu arada Matthew McConaughey-in də ilk kino roludur.

10. Dangerous Minds


Öz dövründə kinoteatrlarda böyük uğur əldə edən, hətta bunun ardınca serial layihəsi də ortaya çıxan “Dangerous Minds” azlıqda olan xalqların üzvlərinin aşağı həyat səviyyəsi və onların cinayətkar və ya avaraçılıqla dolu həyatlarını dəyişdirməyə çalışan müəllimənin hekayəsindən bəhs edir. Baş rolda əvəzolunmaz Michelle Pfeiffer.

9. Say Anything


Gənclik məhəbbətinə aid çəkilmiş ən saf və ən səmimi film indi də öz janrının ən yaxşılarından biri hesab edilməyə davam edir, hətta Entertainment Weekly jurnalı filmi “ən yaxşı müasir məhəbbət hekayəsi” də adlandırmışdı.

8. Election


Əslində bu filmə gənclik filmi kimi yanaşmaq düzgün olmaz amma yenə də keçdiyi məkana görə kateqoriyamıza uyğundur. Niyə yanaşmaq olmaz çünki film hər nə qədər kollecdəki bir mübarizədən bəhs etsədə əslində rejissor AlexanderPayne-in məqsədi prezident seçkiləri, həmin dövrdə partiyaların götürdüyü siyasət və arada qalan xalqı təsvir etməkdir.


7. The Last Picture Show


Gənclərdən bəhs edən filmlər arasında komediyalar üstünlük təşkil etdiyi doğrudur. Amerikan kinosunun şahəsərlərindən olan The Last Picture Show isə istisnalardandır.

6. The Perks of Being Wallflower



Ölkəmizdə də kifayət qədər populyarlaşmış film, gənclik dramları arasında müasir dövrdə çəkilmiş ən yaxşı işlərdən biridir.

5. Dead Poets Society


Təhsil sistemi bizi robotlaşdıra da bilər, bizim hamımıza eyni cür davrana bilər. Halbuki hamımız fərqliyik, hamımızın həyata müxtəlif baxışı olur. Elə filmdə də hamımızın öz yolunu tapmalı olması vurğulanır. Peter Weir şahəsərlərindən.

4. Pump Up the Volume




Kaybedenler Külübü filmini sevənlər yəqin ki, bu filmdən xüsusi zövq alacaq çünki həmin filmin üzərində təsiri hiss olunur. Gənc olmaq, bunun çətinlikləri və yeri gələndə ayaqlanmalı, baş qaldırmalı olduğumuz barəsində filmdə Christian Slater karyerasının ən yaxşı ifalarından birini sərgiləyir.

3. About a Boy


Bəzən öz yaşıdlarımızın həyat tərzinə öyrəşməkdə çətinlik çəkə bilərik. Və bəzən bizə sosiallaşmaqda və ya həyatda özümüzü tapmaqda ən gözlənilməz adam kömək edə bilər. “About a Boy” son dərəcə səmimi tonu, yumor ilə dramı qüsürsüz balanslaşdırması, tamamilə banallıqlardan uzaq olan orijinal ssenarisi (ki ssenarisi ilə Oscara namizəd göstərilib) ilə Britaniya kinosunun 21-ci əsrdəki ən uğurlu işlərindən biri, eyni zamanda Hugh Grant-ın ən mükəmməl aktyor oyunlarından birinə sahibdir.

2. Klass



Məktəblərdə yaşanan şiddətə işıq üzü tutan film, gənclərin nə qədər vəhşiləşə biləcəyi və davranışlarımızın daha həssas insanlar üzərində nə cür təsirlər qoya biləcəyi və bütün bunların sonda faciəvi nəticələrlə yekunlaşa biləcəyini xatırladan güclü bir dramdır. Mövzüya marağı olanlar “Elephant”, “We Need to Talk About Kevin” və “Polytechnique” filmlərini də izləyə bilər.

1. The Breakfast Club (1985)


Oxuyan uşaq, populyar qız, populyar oğlan, asosial qız, avara oğlan – stereotipik məktəb tələbələri amma bir çoxları tərəfindən gənclik filmlərinin ən yaxşısı hesab edilən “The Breakfast Club” bizə bir mühüm məsələni xatırladır ki, əslində – filmdə istifadə olunan bir mahnıda deyildiyi kimi “nə qədər fərqli olsaq da dərinliyə enəndə hamımız eyniyik”. Sinfi fərqliliklər, ailələr, böyüdüyümüz yer bizi biri-birimizdən çox fərqli göstərə bilər amma stereotipləri dağıtmaq da bizim əlimizdədir. Kənardan kiminsə haqqında fikir söyləmək asandır amma nəticədə hamımız bir fərdik, heç birimizi bir kateqoriyaya aid edib ümümiləşdirmələrlə çıxış etmək olmaz. Hamının baxmalı olduğu filmlərdən.

Bonus:

Good Will Hunting (1997)



Əgər hələ də baxmayan qalıbsa.

Bir yaradılışın anatomiyası – Frankenstein (kitab və film arasındakı fərqlər)

   XIX əsrin ən çox satılan,
elmi-fantastikanın başlanğıcının qoyulduğu Mary Shelley tərəfindən yazılmış və bir çox film və serialın mövzusuna çevrilmiş bir qəhrəmandır Frankenstein və yaratmış olduğu Canavar. “Elm, yosun kimidir və bir daşa keçdimi ordan heç bir zaman əl çəkməz və böyüyər” deyirdi Mary Shelley Dr. Victor Frankenstein-i təsvir edərkən. XVIII əsrin Avropasında keçən söhbətdə Victor Frankstein elmə maraq salmış biridir və tək məqsədi sonsuzluğu kəşf edərək insanın ölümdən sonra yaradılışını görmək və bir növ insanların ölümdən sonra çəkdiyi ağrıları sakitləşdirməkdir.

  Bu məqsədlə Ingolstadt-a gələn Victor Frankenstein məqsədi uğruna mübarizə aparır və araşdırmalarına başlayır. Araşdırmalarının başlamasında anasının ölümünün də təsiri vardır. Nəhayət bir gecə tufan çıxan an çirkin və qorxunc Canavarı yaradır. Lakin yaratmış olduğu Canavarın görünüşü onu qorxuya salır və oranı tərk edir. Canavar dünyadan xəbərsiz bir şəkildə tək qalmışdır. İnsan içinə çıxar-çıxmaz hər kəs qorxuya düşərək qaçır və yaxud ona hücum etməyə başlayır. Bunlardan diksinən Canavar insanlardan qaçaraq dağlıq bir yerə gəlir. Burada oxuduğu kitablarla kədəri, qəmi, sevgini, məhəbbəti və bir çox hissin dadına baxaraq öyrənir. Lakin onu heç bir insan qəbul etmir. Cəmiyyət tərəfindən qəbul edilməyən Canavar yaradıcısın arxasına düşür və tək məqsədi intiqam almaqdır. İlk mərhələ də Frankenstein ailəsinin üzvü olan Willian-ı öldürür. Justine isə məhkəmə salonunda günahkar bilinərək edam olunur. Bütün olanlardan xəbərdar olan və cinayətkarı tanıyan tək şəxs olan Victor Frankenstein qorxudan və nifrət hissindən rəngdən-rəngə girmişdir. 

  Nəhayət Yaradıcı ilə Yaradılış qarşılaşmışdır. Olan hadisələrə görə yaratdığı canavara nifrət bəsləyən Victor onu dinləmək istəməsə də son bir şans verər. Yaradılış sözə başlar:

“Ağıl almaz bir təcrübə üçün gecə-gündüz çalışaraq mənə həyat verdin. Hələ həyat verdiyin ilk gün məni tərk edib getdin. Kimsəsiz, bütün insanların nifrət etdiyi bir yerdə qaldım. Öyrəndim, öyrənməyə çalışdım. Soyuğu, aclığı, səfaləti ən pisi yalnızlığı hiss elədim. Məni yaratmaq da səbəbin öz eqonu doyurmaqmı idi? Nə üçün bilinməyən bir yerdə olarkən mənə həyat verdin? Çox çətinliklər çəkdim. İnsanları iyrəndirməmək üçün dağları aşdım. Onların olmadığı yerdlərə yaşadım. Sizlər kimi heyvanları öldürürək ət yemədim. Yaşamaq üçün yeməyə çalışdım və bunun üçün ətə ehtiyacım olmadı. Bu qədər insan mənə nifrət bəslərkən səndən sadəcə mənim kimi birini yaratmanı istəyirəm. Onu götürüb bütün insanların olmadığı uzaqlara gedəcəm. Əgər bunu qəbul etməsən bütün nifrətimlə səni məhv etmək üçün əlimdən gələni edəcəm…”

 İlk başlarda təklifi qəbul edən Frankenstein daha sonra bunun insan irqi üçün təhlükə olduğunu və öz xoşbəxtliyi və çıxarları üçün eqoist davranmamaq üçün bunu etməkdən imtina edir. Artıq bundan sonra Yaradıcı ilə Yaradılış arasında mübarizə başlamışdır (Təbii olaraq kitab bu sonluqla bitmir).
 

  Kitab haqqında isə bir çox serial və filmlər çəkildi. İçlərində ən yaxşısı hamınızın güman etdiyi kimi James Whale tərəfindən ərsəyə gəlmiş 1931-ci il istehsalıdır. Bu filmi 1935-ci ildə dəvam filmi olan “Bride of Frankenstein” və “Son of Frankenstein” filmləri izlədi. Son iki film ümumiyyətlə kitabla əlaqəsini kəsərək hekayənin növbəti axarına cəmlənmişdir.

  İlk filmdə yer verilən Dr.Victor Frankenstein-in köməkçisi olan Fritz obrazı kitabda mövcud deyil və yaradılış zamanı heç bir səhvə yol verilməmişdir. Canavar əfsuslar olsun ki, fəlsəfi yönlərdən zəif olan xarakterdədir və kitabdakından daha iyrənc formadadır. Filmdə Fritz-i öldürdükdən sonra qaçan Canavar Elizabeth arxasında düşür. Kitabda isə Canavar yaradıldığı zaman Dr.Victor Frankenstein tərəfindən tərk edilir və bundan sonra Canavar həyatla baş-başadır. Bundan savayı kitabdakı fəlsəfi mətn də filmdə kənarda buraxılmışdır. Həmçinin kitabda hadisələr Kapitan Walton tərəfindən anladılmaqdadır və Dr. Victor Frankenstein-in ən yaxın dostu Henry Clerval-dır. Əfsuslar olsun ki, bu kimi nüanslar filmdə öz yerini tapmayıb. 

  Son olaraq Dr.Victor Frankenstein obraz olaraq istifadə edildiyi Penny Dreadful serialını da sizlərə tövsiyə edirik.

  Bəs sizə görə kimdir günahkar: Yaradıcı yoxsa Yaradılış?

Yazar: Nicat Hacıyev

First Reformed Film Resenziyası


-Sizcə Tanrı bizi Yer Kürəsinə etdiklərimizə görə bağışlayacaq?
-Bilmirəm. Tanrının nə fikirləşdiyini kim bilə bilər?

 “Müasir Amerikan kinosunun əsas yaradıcılarından” (New Yorker) olan Paul Schrader, ilk dəfə diqqətə “The Yakuza” (1974) filminin ssenaristi kimi gəldi. Qardaşıyla birlikdə yazdığı ssenarini dövrü üçün rekord qiymətə – 300.000 dollara satmışdı. Elə bunun ardından bir sıra populyar filmlərin ssenaristi olmağa başladı. Brian De Palmanın “Obsession”, John Flynnin “Rolling Thunder” (ki Quentin Tarantino bir müddət öz şirkətinə həmin filmin adını vermişdi) və qismən də olsa Steven Spielbergin “Close Encounters of Third Kind” kimi (Steven ssenariden faydalansa da sonra özü filmi yenidən yazmışdı). Hərçənd, ssenarist kimi ən nəhəng uğuru onda baş verdiki De Palma, Martin Scorseseyə Schraderin yazdığı “Taxi Driver” ssenarisini göstərir və Martin həmin ssenarini ekranlaşdırır. Schrader, bu əfsanə filmin əfsanə ssenarisinə görə təəcüblü şəkildə Oscara namizəd göstərilməsə də (dörd il sonra digər Scorsese filmi “Raging Bull”un ssenaristi kimi də yenə namizəd ola bilmir, o cümlədən çox diqqət yığmış “Affliction” və rejissorluq işində şahəsər hesab edilən “Mishima” filmlərinə görə də) bu sayədə artıq öz filmlərin çəkmək fürsəti əldə edir və “Blue Collar”, “American Gigolo”, “Cat People” kimi uğurlu filmlərlə rejissor karyerasını da başladır. Ancaq heç bunları etməsəydi belə, tarixin ən yaxşı və ən mühüm filmlərindən birinin – “Taxi Driver”in ssenaristi olmaq belə onu dahi saymağa kifayət edir.

Image result for paul schrader
Schrader özü kalvinist ailədə böyüməsinə (və 18 yaşına kimi ailəsinin inancından ötəri kino izləməmiş olmasına rəğmən) din mövzusuna filmlərində dərin yer verməyib. Baxmayaraq ki, sevimli rejissorları Carl Dreyer, Robert Bresson və Yasujiro Ozu filmlərindəki transdental üslüb barədə kitab yazıb – özü bu üslüba filmlərində yer vermirdi, ta ki “First Reformed”a kimi. Doğrudur, “Hardcore” (1979) filmində atasının timsalında dindar obraz yaradıb amma orada əsas məsələlər tamam başqa idi. Eyni zamanda ssenarisini yazdığı qalmaqallı Scorsese şahəsəri “The Last Temptation of Christ” (1988) filmini də “spiritual yox, psixoloji” bir təsvir hesab edir. Rejissorun karyerasında yer verdiyi bir sıra məsələlər – tənhalıq (“Light Sleeper”, 1992), siyasət (“Patty Hearst”, 1988), mənəvi çöküş və insanın özü-özünü məhv edən təbiəti (“Auto Focus”, 2002), cəmiyyətlə barışa bilməmək (“The Mosquito Coast”, 1986), depressiya (“Bringing Out the Dead”, 1999) – “First Reformed”də öz yerini tapır amma görmədiyimiz formada.

Filmin mövzusu keşis (reverend) Ernst Tollerin ətrafında dönür. Nyu Yorkda balaca bir kilsədə işləyir, ABŞ-da bir çox balaca kilsə kimi o da daha böyük kilsəyə tabedir. Bura o qədər də çox gəlib gedən yoxdur. Ernst də həmçinin olduqca tənha adamdır. Səhhətinin pisə getdiyini görsək də (böyük ehtimal xərçəngdir) o bunu elə də vecinə almır. Sonralar öyrənirikki onun oğlu İraq müharibəsində həyatını itirib və orduya yazılmasında rol oynadığı üçün Toller özünü burada günahkar bilir. Filmimizin alt-mətnlərində ABŞ-ın Orta Şərq siyasəti və ümümilikdə anti-müharibə tonu gözə deysə də bu filmdəki bir çox mövzüdan sadəcə biridir. Tollerə bir gün hamilə bir gənc qadın, kilsənin daimi ziyarətçilərindən olan Mary yaxınlaşır və yoldaşıyla söhbət etməsini xahiş edir. Sonra isə yoldaşı Michaelın ətraf-mühit fəalı olduğunu öyrənirik, onunla söhbət (ki filmin ən əla səhnələrindən biridir, istər aktyorluq, istər çəkiliş, istər ssenari baxımından) Ernstdə məsələyə bağlı maraq oyandırır.
Ethan Hawke in First Reformed (2017)
Resenziyanın sonrası filmi izləməyənlər üçün spoylerli olacağını qeyd edərək davam edim ki, sonralar filmdə bir sıra hadisələr baş verir. Marynin yoldaşı ölür, Ernest Maryə çətin günlərdə dəstək olur, onun yoldaşının – Michaelın dəfnində iştirak edir, orada iqlim dəyişikliyinə diqqət çəkən və kapitalizmə, mövcüd sistemə qarşı mesajlar verən Neil Young mahısı ifa edilir. Bu məsələ Tollerin başına qismən bəla olur, siyasətə girdiyinə görə tənqidlə üzləşir. Baş verən hər şey onu radikalizmə – belə desək ətraf-mühit uğrunda “cihad” etməyə yaxınlaşdırır. Filmin mövzusunu yazdıqca belə mövzuları ayrı-ayrı izah etmək ehtiyacı yaranır. Bu da Schraderin dühasından irəli gəlir. Schraderin ssenariləri asan cavablar qoymaq və ya birbaşa mesajlar verməyə, birtərəfli obrazlara qarşı olub hər daim. Burada da yenə öz axarındadır. Filmdəki obraz “spiritual səyahət”dədir, lakin filmdə nə onun bağlı olduğu inanca tərəf nə də qarşı olan bir şey yoxdur. Buradakı məsələlər tamam başqadır – yaşadığımız dünyada baş verən hadisələrin bir insanı nə vəziyyətə sala biləcəyi ilə bağlıdır. Tollerin hər şeyi əlindən gedib. Müharibələr onun oğlunu əlindən alıb və evliliyini bitirib, rahatlıq tapmaq üçün qoşulduğu kilsə kapitalist sistemdəki hər bir şey kimi sadəcə bir “şirkət”dən ibarətdir. Toller Tanrının yaratdığı təbiəti məhv edən insanlarla əlbir olan kilsə siyasəti tərəfindən məyus olunur, pərt edilir, əsəbiləşdirilr və qorxudulur. Filmin iqlim dəyişikliyinə diqqət çəkdiyinə söz yox, dünyada bir çox insanın iqnor etdiyi, ya da danışanda belə məğzinə varmaqdan imtina etdiyi, dırnaqarası baxdığı amma bütün insanlığı təhdid edən bu məsələnin dəhşəti filmin surreal səhnələrinin birində ən açıq-aşkar şəkildə özünü tapır. Lakin unutmayaq ki, biz bir Paul Schrader filmi izləyirik. Bu halda da birbaşa mesajlar gözləməməliyik.



Tolleri insanların yer kürəsinə nə etdiyi narahat edir, hərçənd ki Tanrının yaratdığı bir başqa varlığa – insana, yəni özünə zərər verməkdən çəkinmir. Təəcüblü deyil, Paul Schraderin obrazları çox vaxt həyatda var olmaları üçün bir məqsəd axtarışında olublar. “Taxi Driver”da sosiopat Travisin məqsədi sadəcə yeniyetmə bir fahişəni bataqlıqdan xilas etmə deyildi. Bunu edərkən o həm də özünü fikirləşirdi, “lazımi” olmaq ehtiyacında hiss edirdi özünü. Tollerin də məqsədi budur, bəlkə də onu birbaşa narahat edən heç iqlim dəyişikliyi də deyil, eqosudur. İnsan eqosu. Özünü vacib və dəyərli hiss etmək ehtiyacı. Burada rejissorun məqsədi ekstremizmə üz tutan insanların psixologiyasına işiq tutmaqdır. Son illərdə özlərini hansısa bir amal uğrunda partladan insanlar barəsində xəbərlərdə çox şey eşidib, gördüyümüzü nəzərə alsaq bunu aktual mövzü saya bilərik. İnanılan şey nə olursa olsun, radikallaşdıqda təkcə insanın özünü məhv etməsinə çevrilir. Toller də filmin sonunda bunu etmək istəyir, kilsəni uçurmaq istəyir ki bu xeyli şok edici sonluq olardı lakin yenə deyirəm, bu Paul Schrader filmidir. “Şok etmək” kimi məqsədlər burada yoxdur. Maryə gəlmədiyini dediyi halda kilsəyə gəldiyini görən Toller, orani partlatmır. İntiharı seçir. Filmin sonluğu məqsədli şəkildə yozuma açıq buraxılıb. “Taxi Driver”in sonunda Travisin narahat ruhu özünə sakitlik tapırdısa burada da bəlkə Toller özünü öldürərək çəkdiyi əzabı sonlandırır, həmin sonluqdakı öpüş səhnəsi isə rejissorun öz sözləriylə desək “bəlkə də cənnət uzun bir öpüşmədir”. Ya da sonluq başqa cür yozula bilər – Toller xilas olur, Marynin sayəsində. Mary – Tollerin həyatda xeyr verdiyi tək insandır. Mary onun sayəsində həyatda bir az rahatlıq tapa bilib. Bəlkə də demək istənilən odur ki, dünyanı dəyişə bilmərik amma cəmi bir insana kömək etmək belə özü bir addımdır. Bir insan üçün belə dəyərli olmaq əslində yaşamaq üçün səbəbdir. Paulun ən əla filmlərindən “Light Sleeper” (1992) filmində də qadın obraz bir növ gələcəyə ümidin simvolu kimi çıxış edirdi.
Ethan Hawke and Amanda Seyfried in First Reformed (2017)
Mövzular dərindi, dialoqların yazılışı əladır. Üslüb baxımından Bressondan Bergmana – Schraderin belə desək sevimli rejissorlarına həm çəkiliş həm ssenari baxımından göndərmələr var. Elə obrazımızın gündəlik tutması da bir başa Bressonnun “Diary of a Country Priest” filmini yad etməsidir. Görüntü işi (cinematography) baxımından Schraderin filmləri hər daim bir-birindən fərqlənib. “The Comfort of Strangers” (1991) ilə “Auto Focus” (2002) filmlərinə rejissorun kim olduğunu bilmədən baxsaq bilmək olmaz ki, eyni rejissorun göstərişiylə çəkilmiş filmlərdi. Bu baxımdan ötən ilin “Ghost Story” filmini bir az anımsadır, hərçənd əlbəttə ki, Schraderin fərqliliyi bir çox yerdə özünü göstərir. Filmdə musiqilərdən demək olar ki, istifadə olunmayıb. Əvəzinə kilsə xorlarının ifasında dini mahnılar eşidirik ki, müəyyən qədər mövzüyla bağlamaq olar (sondaki mahnıda özünü tənha hiss edən birinin Tanrının əbədi qollarında rahatlıq tapmasından bəhs edilməsi kimi).
Ethan Hawke in First Reformed (2017)
Amanda Seyfried çox uzun müddətdir ki, bu qədər yaxşı yazılmış bir rolu oynama fürsəti əldə etmirdi. Komediyaçı Cedric Kyles da heç vaxt oynamadığı bir rolda xoş mənada təəcübləndirir. Lakin səhviniz olmasın, bu Ethan Hawke’un aktyorluq şousudur. Schrader əzab çəkən obrazlar təsvir etməkdən yorulmur. “Adam Resurrected”də Jeff Goldblumun həyat verdiyi baş obraz yəhudi soyqırımından xilas olduğu üçün özünə rahatlıq tapmır, “Light Sleeper”da Willem Dafoe’nun obrazı həyatının götürdüyü təxmin olunmaz gedişatın verdiyi narahatçılıqla gecələr yata bilmir. “First Reformed”da da özünü lazımsız sayan, oğlunun ölümündən özünü günahkar tutan bir adam var. Ethan Hawke isə rolu son dərəcə uğurlu balansla, xeyli təsirli formada ifa edir və bəlkə də, karyerasının ən mükəmməl ifalarından birini göstərir. Tez-tez uğurlu layihələrdə yer alan aktyor, rejissor Andrew Niccol’un iki filmində (“Gattaca”, “Good Kill”) etik dilemmalarla üzləşən bir adam kimi parlayırdı. Görünür Schrader həmin filmlərdən təsirlənərək onun rol üçün uğurlu seçim olduğuna əmin olub. Maraqlı bir qeyd də edimki Ethanın obrazının adı iqtisadi problemlərdən əziyyət çəkən və bacısı ilə qardaşının Hitler Almaniyasında düşərgələrə göndərildiyini öyrənəndən sonra depressiyaya girərək öz həyatına qəsd edən yəhudi mənşəli almaniyalı dramaturq ilə Ernst Toller ilə eyni adı daşıyır. Amanda Seyfriedin hamilə qadın obrazının adının “Mary” olması Məryəmlə bağlı ola bilər. Bir romantik versiya da var. Paul Schrader cavanlığında narkotik aludəçiliyindən əziyyət çəkib, aktrisa Mary Beth Hurt ilə tanış olması həyatının dönüm nöqtələrindən olub və həyat tərzini dəyişməsində əhəmiyyətli rol oynayıb. Filmin sonluğu nə cür yozaqsa yozaq – Mary obrazı, ya “xilaskar” (hadisələri hərfi yozsaq) ya da “cənnətə aparan mələk” (xəyal səhnəsi kimi yozsaq) kimi verilir. Nəzərə alandakı ailə üzvlərindən təsirlənərək çəkdiyi filmlər olub, ola bilsin ki, Paul burada da 35 illik yoldaşının şərəfinə elə Mary adını seçib.

Amanda Seyfried in First Reformed (2017) Filmin ilin əvvəllərindən çıxmasından ötəri və arthaus olduğunu, hamıda fərqli növ təəsürat oyandıra biləcək ağır mövzulara sahib olduğunu da nəzərə alsaq Oskarlarda nə qədər diqqət yığacağı şübhə altındadır amma ümid edək ki, son illərin kino industriyasının ən uğurlu şirkətlərindən A24 film üçün uğurlu reklam kompaniyası apararaq ilin sonunda yenidən gündəmə getirəcək və filmi nəzərlərindən qaçırmış Akademiya üzvlərinin də nəzərinə çatdıracaq. Hawke və Schrader, sözsüz ki, bütün mükafatlara layiq iş çıxardıblar.

Yazan: Mənsur Zeynalov

Ateizm Mövzulu Ən Yaxşı Filmlər

Image result for freddie quell gif

Bu dəfə fərqli bir mövzuya toxunmaq istədik.

Ateist mövzulu və dini sorğulayan 15 keyfiyyətli film seçdik. Dini baxışından asılı olmayaraq hər kəs üçün faydalı və öyrədici siyahı olduğuna inanırıq. Filmlərin əksəriyyəti dialoqlar üzərindən inkişaf edir.


Agora (2009)

Rachel Weisz in Agora (2009)


Dogma (1999)

Dogma (1999)


The Invention of Lying (2009)

Ricky Gervais in The Invention of Lying (2009)


The Sunset Limited (2011)



Life of Brian (1979)



The Master (2012)

Philip Seymour Hoffman and Amy Adams in The Master (2012)


Inherit the Wind (1960)

Spencer Tracy, Noah Beery Jr., Philip Coolidge, Florence Eldridge, Fredric March, and Elliott Reid in Inherit the Wind (1960)


Crimes and Misdemeanors (1989)

Woody Allen and Martin Landau in Crimes and Misdemeanors (1989)


The Stoning of Saroya M. (2008)

Mozhan Marnò in The Stoning of Soraya M. (2008)


God on Trial (2008)

Image result for god on trial


Creation (2009)

Paul Bettany in Creation (2009)


Priest (1994)

Priest (1994)


The Magdalene Sisters (2002)



Philomena (2013)

Judi Dench in Philomena (2013)

Sybil (1976) Filminin Analizi

“Pəncərə şüşələrini təmir etmək,
uşaqların ürəyini təmir etməkdən daha asandır. “

 Sybil 17 müxtəlif xarakterə malik olan tarixə düşmüş ilk psixoanaliz personajdır. Gərçək adı Shirley Ardell Mason-dur. Yəqin ki, bir çox şüuraltı haqqında filmlərə baxmısınız. Bunların ən önəmlisi son zamanlarda çəkilmiş Nolan-ın “Inception” filmidir. Belə ki, hələ də bir çox yerdə Inception filminin sonluğu sual altındadır. Həmin sonluq xəyal idi,gərçək? Sybil də bu film kimi hələ də bir çox insan tərəfində real hadisə kimi qəbul edilə bilmir. Sybil 17 fərqli kişiliyi şüuraltında yaşayır. Tibb sahəsində bu cür hallar şizofren xəstəliyi və ya “Grande-hysterie ” sindromu adlanır. Sybil Dr. Wilbur -a tanış olana qədər çox çətinliklər çəkmişdi və vəziyyəti getdikcə çətinləşirdi. Dr. Wilbur-un Sybil-i tanıması və müalicə etməsi üçün 10 ildən artıq vaxt lazım olur. Sybil-in bu vəziyyəti gəlməsində isə anasının uşaq vaxtı ona qarşı göstərdiyi ağıl almaz işgəncələrdir. 

 Kitab Flora Rheta Schreiber adlı jurnalist tərəfindən qələmə alınmışdır və 1976-cı ildə rejissor Daniel Petrie tərəfindən ekranlaşdırılaraq TV-movie şəklində işıq üzü görmüşdür. Film psixoloji-bio-dram janrındadır. 2007-ci ildə yenidən çəkilsə də ən üstün versiyası 1976-cı ildə çəkiləndir. Fight Club (1999) , Psycho (1960) və bir neçə filmlərdəki mövzunun əslində boş olmadığını bu kino ilə anlaya bilirik. Belə ki, hər iki kinoda da kişilik pozğunluğu görünür. Fight Club filmində izləyicilər özlərini Tyler ilə paralel gedən Norton-un eyni adam olduğunu öyrəndikdə filmi başa düşdüklərini sanmışlardı. Amma əslində həmin film başdan-sona qədər kapitalizmi tənqid etmişdi. Sadaladığım hər iki filmdə də aktyorluq mükəmməl səviyyədir. Həmçinin Sybil filmindəki roluna görə Sally Field heyran olmamaq əldə deyil. 


 Yuxarıda qeyd etdiyim kimi bəzi fərziyyələrə görə psixoloq həkim Dr. Wilbur  xəstə Sybil-i hipnoz edərək onu bir neçə xarakterə sahib olduğuna inandırmışdır. Bunun səbəbini isə həkimin psixoanalizi kəşf edərək özünü məşhurlaşdırmağı kimi göstərilir. Psixoloq Robert Rieber isə “Sybil hadisəsini” gəlmiş keçmiş ən böyük psixoloji skandal adlandırmışdır. İsbat kimi isə ofisində olan səs yazmaları göstərmişdir. Rieber-ə görə bu hadisəni jurnalist ilə psixoloq planlamışdır. “Sybil həqiqətən də xəstə idi, lakin onun xarakter pozğunluğu yox idi. Bunlar sadəcə həkim və jurnalistin uydurmasıdır”. Lakin bu fərziyyə 1998-ci ildə işıq üzü gördü. Bu vaxtı isə hadisənin qəhrəmanları vəfat etdiyi üçün bu suallar heç bir zaman cavabını tapmadı. Bundan başqa bütün ətraflı məlumatı Dr. Spiegel-in araşdırmasında tapa bilərsiz. 

  Kitab 1973-cü ildə nəşr olundu və qısa zamanda bestseller olaraq satışı tükəndi. Kitaba o qədər tələb var idi ki, üç il sonra kinosu çəkildi. 1980-ci idlə bu xəstəlik 200 nəfərdə aşkar edilsə də 1995-ci ildə qırx minə çatdı. Xəstələri müalicə edən ən məşhur psixoloq isə Diane Humenansky idi. Lakin ,o, xəstələrinə həddindən artıq dərman qəbul etdirirdi. Qorxu, yuxusuzluq və bir çox problemi dərmanlar ilə yola verən D.Humenasky düşünürdü ki, “insan nə qədər çox dərman qəbul etsə keçmişi bir o qədər tez unudar. Bu isə keçmişlə bağlı problem idi. “. Xəstələrdən biri olan Elizabeth Carlson hipnoz edilmişdi və keçmişi xatırlayaraq özünü satanizm təriqətinin üzvü adlandırmışdı. Onun söylədiklərinə görə yeni doğmuş uşaqları diri-diri yeyirdilər. Təsadüfi hadisə nəticəsində atası Carslon qızının dərmanlardan təsirləndiyini görən həkim Humenasky-ni məhkəməyə vermiş və 2.5 milyon təzminat almışdır.


Bu sindrom bir çox filmin də ana mövzusu olmuşdur və saysız sayda qorxu filmləri çəkilmişdir. Bunların ən məşhuru isə son illərin ən məşhur qorxu filmlərindən olan Split-dir. 

Yazar : Nicat Hacıyev

Inside Job 2010 Sənədli Filminin Analizi

 Filmin rejissoru Charles Ferguson Amerikanı
sərt şəkildə tənqid etməyi bacaran, bütün gərçəkləri gözlər önünə salan rejissordur. Mövzu 2008-ci ildə Amerikadakı iqtisadi böhran, səbəbləri və nəticələri haqqındadır. Film ən yaxşı sənədli film nominasiyasında Oskar qazanmağı bacarmışdır. 

“Nəyə görə maliyyə mühəndisi gərçək bir mühəndisdən daha çox qazanır..?! Çünki maliyyə mühəndisi xəyallar qurar gərçək bir mühəndis isə körpü inşaat edər və bu xəyallar kabusa çevriləndə bunun bədəlini başqa insanlar ödəyər. “


  ABŞ-dakı iqtisadi çöküş “Lehman Brothers” çöküşü ilə başladı. 160 illik bankcılıq təcrübəsi olan Lehman qardaşlarının müflis olmağı 2008-ci ildə bütün dünyanı son 80 ilin ən böyük iqtisadi böhranı ilə üzbəüz qoydu. Amerika tarixinin ən böyük 5-ci bankı olan Lehman qardaşlarını hakimiyyət nə qədər çalışsa da xilas edə bilmədi və 15 sentyabr 2008-ci ildə bank bağlandı. “Lehman Brother”-ın müflis olmasının ardından Fannie Mae və Freddie Mac bankları da çöküşü yaşadı və bir çox hissələrini itirdilər. 
 Lehman qardaşlarının çöküşü haqqında hər şeyi buradan oxuya bilərsiz.


 Əlbəttəki, həmin böhran təkcə banklara təsir etmirdi. Nəhəng siğorta şirkətlərinin də vəziyyəti ürək açan deyildi. A.I.G kimi siğorta şirkətini xilas etmək B.Obama-nın öhdəsinə düşdü. Bundan başqa U.S. steel, General Motors, Ford kimi Amerikanın milli dəyərləridə böyük risk altına girmişdi. Həqiqətən də böyük yardımlar olmasaydı Amerika çökmüşdü. Filmdə Alan Greenspan, Larry Summers və bir çox CEO üzvləri günahkar kimi göstərilib. Hətta bəzi məlumatlar şok edicidir. Çünki burda işləyən ən kasıb CEO-nun qazancı milyonu ötür. Bir sözlə milyonlarla insanın depozitini bir qrup insanlar oğurlamışdır. 
“2008 ci ildə Amerikada maliyyə krizi olsa bundan xilas olmağı bacardı . Amma bu böhrana səbəb olanlar hələ də öz işlərindədir. Biz bunun reform yolu ilə dəyişdirilməsini istəyirik. Bilirik bu çətindir. Amma bunun üçün mübarizə aparmağa dəyər..”
 Filmdəki bir çox hadisəni bizim ölkə də yaşayır. Bu hissələri burada yazıb fikirlərinizi yayındırmaq istəmirəm. Bundan başqa fikir versəniz görəcəksiz ki, filmdə “subprime” termini çox işlədilir. Amerikada 2 cür sinifləndirmə var: varlı və kasıb. Varlı adam aldığı krediti tezliklə ödəyə bilir. Buna “prime mortgage” deyilir. Kasıb insan isə aldığı krediti ödəməkdə çətinlik çəkir. Bu isə “subprime mortage” adlanır. Bəzən isə subprime kreditorlar ödəyə bilmədikləri kreditə görə zəmanət qoyduğu hər hansı bir şeyi itirir. Buna görə də Amerikada 2-3 milyon evsiz insan yaşayır.


 Filmdə diqqətimi çəkən ən mühüm şey aparılan təcrübələrdir. Belə ki, nevroloqlar bir insanı təcrübə üçün otağa alırlar. Bütün cihazları hazır etdikdən sonra həmin fərdə oyun oynadırlar əgər həmin insan oyunda qalib gələ bilsə külli miqdarda pul qazanacaq. Beynin həmin hissəsi canlanmağa başlayır və bir insanın kokain qəbul etməyi ilə bərabər səviyyədə tez işləməyə başlayır. 

“Normalda ən pis vəziyyətin bədəlini yoxsul insanlar ödəyər.” 

Matt Damon-un səsləndirməsi ilə mükəmməl bir iş çıxarıblar. Bu sahə ilə maraqlananlar mütləq izləsin.

Design a site like this with WordPress.com
Get started